Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bananda görünən qırmızı rəngli maddə qandır, yoxsa?
İçərisinə qan vurulduğu deyilən bananların görüntüsü yayıldı.

Bizimyol.info xəbər verir ki, Bakıdakı meyvə dükanlarından birindən alınan bananların içərisində qırmızı, qan olduğu deyilən görüntülər yayılıb. Sözügedən görüntüləri çəkən istehlakçı: "Üzdən sapsarı, təzə bananlardır, bir ləkəsi də yoxdur. Lakin qabığını soyub doğradıqda içərisində qan olduğunu gördük. Deyim ki, içəridən xarab olmuş banan idi, yox. Həqiqətən qan iyi gəlirdi. Gedib aldığın yerə də şikayət edə bilmirsən. Buna satan neynəsin? Hardan bilsin ki, içində nə var"- deyə bildirib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki: "Bəli, bananın içərisində rəng görünməsi ilə bağlı Azad İstehlakçılar Birliyinə vaxtaşırı məlumatlar daxil olur. Qeyd edirəm ki, mən əsl bananı Afrikada və başqa ölkələrdə görmüşəm. Əsl bananlar Azərbaycanda satılan bananlardan təxminən üç dəfə kiçik olur. Bizdə olan məlumatlara görə Azərbaycana və eləcədə digər MDB məkanlarına müdaxilə edilmiş bananlar idxal olunur".

Eyyub Hüseynov onu da qeyd edib ki: "Bunlar geni dəyişdirilmiş bananlar ola bilər. Bananların tez xarab olmasını nəzərə alaraq ola bilsin ki, hansısa arzuolunmaz maddənin vurulması istisna edilmir. Mənim ehtimalıma görə qırmız rəng həmin maddədən qaynaqlanır".

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyir ki: "Bu banan meyvəsinə məxsus hiportoz xəstəliyidir. Qoxusu olur. İnsan üçün qorxulu deyil, amma yeyilməməsi məsləhətdir. Bu xəstəlik müxtəlif səbəblərdən yarana bilir. Əsasən düzgün saxlama şəraitinə əməl etmədikdə və qaz kamerasına qoyulduqda yaranır".

Aləmdə Nəsib

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »