Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ən yüksəkdə dayanan işçi: “Kabinetimə çatana qədər əllərim qabar bağlayır”

“Tez- tez tualetə düşməmək üçün qülləyə butulka ilə çıxanlar var”. 

Azərbaycanda son illər tikilən göydələnlərin əsas yükünü çəkənlər sözün həqiqi mənasında onlardırlar. Haqlarında çox az deyilən, çox az yazılan kran maşinistləri.

İsti, soyuq bilmədən Bakıya həmişə zirvədən baxan insanlar. Sözdə deyəndə çox romantik səslənir, əslində onların işlərinin o qədər əziyyətli və təhlükəli tərəfləri var ki, çoxumuz fərqində deyilik.

Kranların geniş tətbiqi haqqında hələ qədim Roma imperiyası dövründə yaşamış Vitruvinin işlərində xəbər verilir. Onlar ağacdan düzəldilmiş kranların konstruksiyalarını yunanlardan götürərək təkmilləşdirimişlər. Vitruvi öz kitabında bir neçə belə konstruksiyanın təsvirini vermişdir. O yazır: "Qaldırılan yükə uyğun olaraq yuxarıya iki ağac tir qaldırılır, bunların yuxarı ucları bir-biri ilə birləşdirilir. Tirlərin aşağı ucları bir-birindən müəyyən qədər aralanaraq, ayaq üstə qoyulur və kəndirlərin köməyi ilə yuxarı ucundan bağlanaraq dörd istiqamətdə yerlə bərkidilir. Yuxarıdan dördkünc çərçivənin içərisində oxda hərəkətli yerləşən diyircəklər (polipast) asılır. Kəndir ortadakı diyircəyə dolanaraq aşağıdakı diyircəyə keçirilir. Sonra kəndir yuxarıdakı diyircəyə dolanaraq sərbəst ucu tirlər arasından aşağıya dartılır. O biri ucu isə yükü bərkitmək üçün nəzərdə tutulan üzüyə bağlanır. Dördkünclü tirlərin arxa tərəfində ayaqların bir-birindən çox aralı olan yerində sağanaq bərkidilir və bu sağanaqda val oturdulur. Valın üzərində iri diametrli baraban oturdulur və yüklə bağlanmış kəndirlə əlaqələndirilir. Barabanın içərisindəki adam irəliyə hərəkət etdikdə, onun ağırlığının təsirindən baraban fırlanmağa başlayır və nəticədə kəndir vala dolanaraq diyircəklərin köməyi ilə ağır yükü asanlıqla qaldırmağa imkan verir".

XIX əsrdə artıq metal hissələrin geniş yayılması ilə kranların da yeyilən hissələri (ox, val, tutqaclar) metaldan düzəldilməyə başlayır. XIX əsrin 20-ci illərində tam metaldan hazırlanmış kranlar hazırlanıb tətbiq olunur. Kranlar əvvəlcə əl ilə hərəkət etdirilir, sonralar isə getdikcə mexaniki ötümə və elektrik mühərriklərinin tətbiqi ilə mexanikləşdirilirlər.

Kranlar barəsin bunları demək yetərlidir ki, onların heç də sadə mexanizm olmadığı aydın olsun: Stasionar kranlar — bünövrəyə tərpənməz bərkidilir, hərkət etmək imkanına malik deyil; Radial kranlar — ox ətrafında dönə bilir. Radial kranlar anbarlarda tətbiq olunurlar; Yerdəyişən kranlar — bünövrədə bərkidilir, ancaq maşın vasitəsilə bir yerdən başqa yerı aparıla bilir; Özüqalxan kran — tikintidə istifadə olunur. Tikilən binaların üzərində qurulur. Tikinti qalxdıqca kran xüsusi elementlərin köməyi ilə yuxarıya hərəkət edir; Hərəkətli kranlar — özü yerini dəyişə bilir.

Ötürmə üsuluna görə: Əl ilə hərəkətə gətirilən — yükləri kiçik məsafəyə nəql etmək üçün istifadə olunur; Elektrik ötürməli — əsas hərəkət elektrik mühərrikləri ilə yaradılır; Hidravlik ötürməli — kiçik ölçüyə və f.i.ə.-na malikdir. Pilləsiz tənzimləməyə imkan verir; Pnevmatik ötürməli — yanğın və partlayış təhlükəsi olan yerlərdə istifadə olunur; Daxili yanma mühərriki ilə işləyən — elektrik enerjisi olmayan yerlərdə tətbiq olunur. Məsələn, avtomobil, qatar, gəmi və s.

Müsahibimiz kran maşinisti Cavad Seyidovdur. 43 yaşı var. Ömrünü gününü bu işə həsr edib. 2 uşaq atasıdır.

- Bildiyimə görə, kran icarəyə vermək ən sərfəli işlərdən biridir. Məşhur türk müğənnisi Bülent Ersoy məhz kran icarəyə vermək üçün yatırımlar edir. 50 –dən çox ağır tonlu kran alıb, günlük icarəyə verir. Neçə ildir işləyirsiniz, kranınız var?

- (Gülür) Yox hardan olsun, fəhlə babayam.Kran bahalı texnikadır. Mən ailəmi maşinistliklə dolandırıram. Asan görünsə də asan iş deyil. Hər adam dözəmmir. Məsələn elə təkcə külək əsəndə qüllədəki kabinə 1 metr o yan bu yana əsir.

- Bəs qülləyə necə çıxırsız? Xüsusi qaldırıcı və ya liftlə?

- Bizdə bütün kranlarda qaldırıcı və ya lift olmur. Bu lsa krançı kef çəkər.Köhnə tipli kranlarda ayaqla qalxmaq lazım gəlir. Yuxarıya “kabinetimə” çatana qədər əllərim qabar bağlayır. Ona görə kran maşinsti səhər qülləyə qalxıb bir də iş bitəndə aşağı düşür. Çayımızı, çörəyimizi götürüb dünyadan ayrılırıq.

- Bəs tualet ehtiyacı?

- İnanın ki, bir çoxları yuxarıyaxüsusi qablarla, butulka ilə qalxırlar. Çünki hündür qülləyə tez-tez düşüb çıxmaq asan iş deyil.

- Bəs yük kranlarının günlük icarəsi neçəyədir?

- Balaca kranların, 25 tonluqların bir günü 150 manata olur, amma 100 manata da var,75 manata da var, böyüklər isə bir günü 300 manata olur. Danışıqdan asılı olaraq qiymətlər dəyişə bilir.Mobil kranların təzə və köhnəliyindən asılı olaraq qiymətlər dəyişir. Köhnə kran daha ucuz başa gəlir. Binaya bağlana, rels üzərində hərəkət edən kranların qiymətləri fərqlidir, təzələri daha baha gəlir. Kranlar fərqli olurlar . Quradırılma kranları müqaviləylə müxtəlif şirkətlərdən alırlar. Sovet dönəmindən qalan kranları daistifadə edirik. Rusiyadan, Çindən gəlir. Köhnə kranlarda ayaqla qalxırlar, yenilərdə qaldırıcıyla. Qaldırıcının olub olmaması yalnız krançya təsir edir.İş sahibinə yox.

- Bəs maaş?

- Maaş 1000-1500 manat olur. Çox olan yerlər də var. Amma orta qiymət belədir.

- Bəs niyə çox çətindir deyirsiniz? Ən azından sizin başınızı bu qüllədə incidən, əmr verən yoxdur?

- Biz ratsiya ilə əlaqə saxlayırıq aşağı ilə.Çətinliyimiz budur ki, bir balaca səhv etsək yükü düzgün yönləndirməsək, düzgün idarə etməsək ağır qəzalara yol aça bilərik.Radiusu, düz hesablamalıyıq. Hər krançı yaxşı bilməlidir ki, radiusun artması kranın yükgötürmə qabiliyyətini azaldır

Radiusun azalması kranın yükgötürmə qabiliyyətini artırır Remenlərin rənginə görə tonnajı var. Məsələn bənövşəyi – 1 ton, narıncı 10 ton götürmək üçün nəzərdə tutulub və s. Bunlar bizim işimizin xüsusiyyətləridir. Əlbəttə xüsusi məktəb keçmədən kran maşinisti olmaq mümkün deyil

- Siz xarici ölkələrdə gördüyümüz 100 mərtəbəli göydələnlərdə də işləyə bilərsiniz?

- İş prinsipi çox fərqli deyil.İşləyərik. Orda zəhmət az maaş çoxdur, biz də əksinə. Azərbaycanlılar hər işin öhdəsindən asanlıqla gələ bilirlər. Bunu da bacararıq.

İlhamə

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »