Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Arif Hacılı: “Biz Avropada olan 200-dən az müsavatçının yalnız partiya üzvü olduğunu bildirmişik”
Arif Hacılı

"Qəzetlərdə yazırlar ki, 13 min adam Müsavat Partiyası tərəfindən Avropaya göndərilib. Bu, ağ yalandır. İndiyə qədər Müsavat Partiyası tərəfindən Avropaya bir nəfər də göndərilməyib".

Bizimyol.info xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Müsavat başqanı Arif Hacılı deyib.

O bildirib ki, Müsavat Partiyasının rəhbərliyinə qarşı uzun müddətdir ki, ittihamlar irəli sürülüb: "Bir neçə ildir ki, partiyaya qarşı mühacir mövzusunda kampaniya aparılır. Respublika Prokurorluğunda bu məsələ ilə bağlı cinayət işi başlanılıb. Həmin cinayət işi cərcivəsində məndən başqa İsa Qəmbər, Gülağa Aslanlı, AXCP sədri Əli Kərimli və s. dindirilib. “Yeni Müsavat” qəzeti bizə qarşı uzun müddətdir ki, bu kampaniyanı aparır”.

Müsavat başqanı bildirib ki, partiya mühacirətə getmək istəyən üzvlərini bu addımı atmamağa çağırıb: “Biz Avropada olan 200-dən az müsavatçının yalnız partiya üzvü olduğunu bildirmişik. Bunu da rəsmi sorğulara cavab verərkən qeyd etmişik. Həmin şəxslərin vəkilləri və nümayəndələri rəsmi qaydada bizə müraciət edəndə biz araşdırıb, onların sorğularına cavab vermişik".(apa)

Paylaş »
››› Xarici İşlər Nazirliyində həbs olunanların kimliyi bəlli olub
››› İqbal Ağazadə AzTV-nin koronavirusdan vəfat etmiş redaktoru barədə: "İcra başçısının qoçuları onu döymüşdülər"
››› Azərbaycanda koronavirusun aşkarlanmadığı rayon
››› TƏBİB sədri: "COVID-19-un yeni klinik əlamətləri üzə çıxır"
››› DTX Xarici İşlər Nazirliyinin vəzifəli şəxslərini həbs edib
Son xəbərlər
Bütün xəbərlər »