Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şagirdlərin riyaziyyatdan “2” almasının səbəbi – Ekspert sərt tənqid etdi

Xəbər verildiyi kimi Dövlət İmtahan Mərkəzinin cari ildə açıqladığı statistikaya görə 9-cu siniflərin riyaziyyatdan 1-ci mərhələ (kurrikulum uzrə) buraxılış imtahanlarının nəticələri çox aşağı səviyyədə olub. Ölkə üzrə 50 faiz 9-cu sinif şagirdi 1-ci mərhələdə imtahan vərəqələrini heç nə yazmadan geri qaytarıb. Yəni, 50 faiz 9-cular sifir bal toplayıb.

Bu yaxınlarda Təhsil nazirinin bir əmr imzalayıb və orada riyaziyyat və informatika ilə bağlı problemlərin aradan qaldırılması üçün faydalı məqamlar nəzərdə tutulub.

Bəs bu cür xoşagəlməz nəticələrin səbəbi nədir? Problem haradadır? Yeni formalaşan İctimai Şura bu sahədə ciddi dönüş yaratmaq üçün tədbirlər görməldir?

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, istər orta məktəblərdə, istər ali məktəblərdə keyfiyətin yüksəldilməsi istiqamətində problemlər mövcuddur.

Kamran Əsədov Kamran Əsədov

“11-ci sinif şagirdləri üçün 2019-cu il apelin 14-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlandı. İmtahanda iştirak etmiş 28634 nəfər şagirddən heç kim maksimum bal toplaya bilməyib. Amma aprelin 7-də vaxt buraxılış imtahanında iştirak etmiş 27660 nəfər şagirddən 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplamışdı.

7 aprel imtahanı Bakı şəhərini, 14 aprel isə bölgələri əhatə edirdi. Nəticə göstərir ki, regionlarda şagirdlər yeni imtahan modelinə tam şəkildə hazır deyillər və yeni test tapşırığı modellərini mənimsəməyiblər. Ümumilikdə 7 və 14 apreldə keçirilən imtahanda iştirak edən 56294 şagirddən 2 nəfəri maksimum nəticə göstərib ki, buda çox aşağı nəticədir. Buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100, ümumi yekun bal isə 300-dür“,-deyə ekspert bildirib.

Kamran Əsədov qeyd edib ki, orta məktəblər üçün dərslik hazırlanarkən, tədris proqramları hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır: “Dərslikləri çoxyönlü ekspertlər işləməlidir. Dərslik auditoriyaya hesablanmalıdır; hansı şagirdə təqdim ediləcək, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir.

Ev tapşırıqlarını hazırlayarkən valideyn dəstəyi önəmli amillərdən biridir. Belə ki, onu tamamilə dərsləri ilə baş-başa buraxmaq uşaqda ehtiyacı olduğu anda köməksiz qalacağı hissini oyandırır. Burada məqsəd uşaq yorulduqda onun yerinə dərslərini yazmaq deyil. Amma təəsüflər olsun ki, hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır.

Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir.

Şagirdlərə ev tapşırıqları müasir təlim proqramına, kurikuluma uyğun olaraq verilməməlidir. Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər”.

Ekspert inanır ki, Təhsil Nazirliyinin bu istiqamətdə əməli və köklü iş görəcək: “Birincisi ona görə ki, Yeni formalaşan İctimai Şura üzvlərindən bu istiqamətdə ixtisaslı kadr yoxdur. İkincisi Şuranın bu imtahanın nəticələrini təhlil edə biləcək resursu yoxdur”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »