Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasi mühacir biznesi - “Müsavat” başqanı məhz bu partiyanın adının hallanmasına aydınlıq gətirir

Almaniyada mühacir alveri ilə məşğul olan dəstənin ifşa edilməsi, saxta sənəd hazırlamaqda şübhəli bilinənlərin saxlanılması işi cəmiyyətdə kifayət qədər böyük səs- küy yaratdı. Almaniyada saxta sənədlə qaçqın statusu alan “Mühacir alveri” qurbanlarının yaşama izninə yenidən baxıla biləcəyi ilə bağlı ciddi müzakirələr gedir.

Məsələdə “Müsavat” Partiyasının adı daha sıx hallandı. Hər kəs bu tipli xəbərlərdən sonra Müsavat” başqasının milyonlarından və bu milyonları da məhz miqrant alveri ilə əldə etməsindən danışdı. Siyasət isə elə bir dünyadır ki, burda sağı göstərib solu vururlar. Bəs əslində reallıq necədir?

Arif Hacılı Arif Hacılı

Bizimyol.info-nun bu sualına cavabı “Müsavat” Partiyasının başqanı Arif Hacılı özü verir:

Onun sözlərinə görə, saxta sənəd düzəldərək saxlanılan şəxslərin partiyaya adiyyatı yoxdur. “Bu prosesdə “Müsavat”çı varsa cinayət fərdi xarakter daşıyır, Almaniya kimi demokratik bir dövlətin məhkəməsi bunu təsdiq edərsə, biz ədalətə tabeyik. Ortalığa sübut qoyulmayıb, ortada yalnız mənşəyi bilinməyən bir kağız var. Orda adlar, soyadlar var. Bu sənəddə çox yerlər silinib orda nə yazılıb, nə qeyd edilib deyilmir. Amma bizim tərcüməçilər deyir ki, bu məhkəmə hökmü deyil, bir nəfərin şikayət məktubudur. Konkretləşdirmək sitəyirəm. Həbib Müntəzi adlı jurnalist status yazdı, bu işi bizim üstümüz yönəltd. Amma sübut etdik ki, bu sözügedən adamındəxli yoxdur. Həbib Müntəzir Meydan TV-nin rəhbəridir. O status yazdı, Meydan TV bu barədə başqa şəkildə verdi. Xəbər acgözü olan saytlar başqa şəkildə o statusu yaydı. İlham Həsənin həbsdə olması barədə xəbərlər yaydılar, sonra İlham Həsən özü canlı yayıma çıxıb azadlqıda olduğunu dedi və XİN də bunu təsdiqlədi. Amma heç kim dəqiq olmayan məlumata görə üzr istəmədi. Bu öz işinə peşəkar yanaşma deyil. Stəkanda fırtına düzəltdilər. Bu da yəqin ki, fikir yayındırmaq, “Müsavat”ın müsbət imizinə zərbə vurmaq məqsədi daşıyırdı. “Müsavat”ın qrant verən mərkəzlərlə əlaqəsi yoxdur. Bizim bu işlərlə məşğul olmağımız görüntüsü yaratmaq üçün bu məlumat verildi. Bizi tənqid etmək olar. Amma doğrunu demək lazımdır. Biz ən demokrat partiyayıq. Kimlərsə saxta möhür, sənəd düzəldib “Müsavat” adından saxta sənəd verirsə bunun məsuliyyətini biz daşıya bilərikmi? Mən müstənqitə sual verdim. “Kimsə saxta pul buraxıbsa, siz saxta pulu tapanda Milli Bankın prezidentini istintaqa çağırırsınız? Kimsə bizim sənədləri saxtalaşdırısa bunun məsuliyyəti bizim üzərimizə düşməməlidir. Ona görə bizim adımız çox hallanır ki, Avropa Komissiyası hər partiyadan gələn sənədi yetərli hesab etmir, ona görə məhz “Müsavat”ın sənədləri ilə gedirlər. Yəni bizim partiyanın adı xaricdə də tanınır, bilinir və Avropada hörməti var. Biz dünyada qəbul oluanan siyasi partiyayıq. Bizim başımızı o qədər belə səfeh şeylərlə qatırlar ki, bu yalanları ifşa etməyə həddən artıq enerji və zaman sərf edirik. Yalanı milyon dəfə demək onu həqiqətə çevirmir. Həqiqət üçün fakt lazımdır”,- deyə o bildirib..

Ümumiyyətlə xaricə siyasi miqrant adı altında gedənlərə xüsusi güzəştlərin tətbiq edilməsi siyasi partiyaları bu kimi çirkin işlərin alətinə çevirir. Partiya necə özünü müdafiə etməlidir? Sualımıza REAL partiyasının həmtəsisçisi politoloq, iqtisadçı Natiq Cəfərli cavab verir.“Siyasi partiyaların mühacir alverində iştirakı ilə bağlı xəbərlər təəsüf doğururuvə müxalifətə baş ucalığı gətirilmir. Biz partiya olaraq 9 il əvvəl qərar verdik ki, xaricə köçən hər hansı bir REAL üzvünə bununla əlaqədar güzəşt edilməyəcək və REAL-ın adından istifadə olunmaycaq. Bu illər ərzində bir nəfər də olsun insan REAL-ın adından, sənədlərindən istifadə edərək miqrant statusu almayıb.İdarə Heyətinin üzvləri belə 2013-2014-cü ildə təqibə məruz qalıb ölkədən köçməli olanda onalara da sənəd verilmədi. Bu bizim qırmızı cizgimizdir. Ona görə REAL-ın adının bu kimi qalmaqallarda hallanması mümkün deyil”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »