Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hicran Hüseynova Qarabağa helikopterlə gedib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağdam rayonunda vətəndaşlarla görüşüb.

Komitədən Bizimyol.info-ya bildirilib ki, Ağdam rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Ağdam, Tərtər, Bərdə rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Komitədən verilən məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sakinlərlə görüşə helikopterlə gedib. Sədrin olduğu helikopter Ağdam Olimpiya İdman Kompleksinin stadionuna eniş edib. Komitə sədrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qarşılayıb.

19 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova saat 12:00-da Ağdam rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Ağdam, Tərtər, Bərdə rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »