Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni və azərbaycanlı jurnalistlərin gizli səfər proqramı - Sirr pərdəsinin arxasında nə var?

Erməni jurnalistlərin Bakıya noyabrın 17-də planlaşdırılmış səfəri haqqında rəsmi mətbuatda heç bir məlumat verilmir.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı Bizimyol.info –ya heç bir şərhinin olmadığını bildirdi. Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan yerli mətbuata bildirib ki, layihədə hər tərəfdən üç jurnalist iştirak edir. Amma səfər proqramı haqqında heç bir məlumat verilmir.

Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, noyabrın 18-də erməni jurnalistlər Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə söhbəti planlaşdırılıb. Məsələnin bu qədər sirr pərdəsinə bürünməsi, Azərbaycan XİN-in isə ümumiyyətlə şərh bildirməməsi bir xeyli şübhəli görünür. Qarabağın azərbaycanlı və ermənilərdən ibarət icmaları arasında süıhə hazırlıq aparılması münasibəti ilə ağsaqqallar və ziyalılar arasında öncələr görüşlər, müzakirələr təşkil edilib. Lakin belə sirli şəraitdə yox. Bu gün ermənistana gedən jurnalistlər kimlərdir, onların orda başına bir iş gəlsə cavabdeh kim olacaq? Hərçənd ki, sərhəddən quş olub uçası deyil bu adamlar. Səfər varsa mütləq ki, rəsmi razılıq əldə edilib.

Politoloq, Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) Azərbaycan üzrə direktor müavini Elçin Axundzadə Bizimyol.info-ya məsələ ilə bağlı maraqlı şərh verib.

Elçin Axundzadə

“ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin ortalarında tərəfləri sülhə hazırlamağa dair proqram hazırlamışdılar.Bu bizim başımızın altına yastıq qoymaq idi. Bu onlara əlbəttə ki, sərf edir. Yaxşı maaş alırlar, lüks otellərdə qalırlar, VİP təyyarələrdə səfərlər edirlər, yeyirlər, içirlər gəzirlər. Bu mənada bu məsələni uzatmaq əlbəttə ki onların xeyrinədir. Mənim özümə də Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) rəsmisi olaraq bir neçə səfirlikdən təklif gəldi ki, sülhə hazırlanma proqramnda iştirak edim, qarşılıqlı səfərlər olsun və cəmiyyət bu duruma alışdırılsın, öyrədilsin. Bu yol iki başlı idi. Biz buna yox desək deyəcəkdilər ki, Azərbaycan sülh istəmir.Müharibə tələb edir.Hə deyəndə də söhbət yenə uzadılır və maraqlarımıza xidmət etmir. Ona görə mən düşünürəm ki məsələni bu şəkildə həll etmək düz deyil. Biz sülh istəyirik, amma ədalətli sülh istəyirik. Xalqımızın günahsız qurbanlarının qatilləri cəzalandırılmalıdır, Qarabağ və onun ətrafındakı rayonlar işğaldan azad edilməli, qaçqın və köçkülərimiz öz yurdlarına qaytarılmalıdırlar. Bu proqrama pullar ayrılıb və ölü kimi atılıb qalıb bir kənara. Azərbaycan dövlər və xalqı ATƏT-in Minsk qrupunun hərəkətsizliyindəndən narazıdır. Amma bu pullar da işlədilməli, silinməlidir.Onlara bu lazımdır. Ona görə gizli şəkildə də olsa bu məsələni jurnalistlərin qarşılıqlı səfərləri şəklində ortaya salıblar. Bunu hansı məmur istəyər?. Yalnız qanında erməni qanı olan istəyər. Erməni qohumu olan istəyər getsin gəlsin. Məncə cəmiyyət buna yox deməldir, nə olsun ki, mən İnsan Haqları Komitəsinin təmsil edirəm. Bəs bizim günahsız qurbanlarımızın haqları nə olsun? Ona görə mən belə düşünürəm ki bizim dövlət başçımızın da Qarabağ məsələsibndə prinsipial dönməz mövqeyi var,məmurlar yenə yalan danışmağa , onu aldatmağa çalıırlar”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »