Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dayənin hamamda unutduğu körpə öldü

Dayə 5 aylıq uşağı vanna otağında unudub. Nəticədə körpə suda boğulub.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.

Xəbəri eşidən 37 yaşlı ana Kseniya A. əsəb pozğunluğu keçirib və xəstəxanalardan birinin psixiatriya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Kseniya 2 övladını dayəyə tapşıraraq işə yollanıb. Qadın uşaqları çimizdirmək qərarına gəlib. Əvvəlcə uşaqlardan birini vanna otağından çıxaran dayə 5 aylıq körpəni suda unudub. Qayıdarkən isə uşağın nəfəs almadığını görüb.

Faktla bağlı cinayət işi açılıb.(qafqazinfo)

Son xəbərlər
Bütün xəbərlər »