Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"

Çingiz müəllimin qadasını alaram. Amma məndən küsüb. Haqlıdır, düz edib.

Bu sözləri Əməkdar artist Rəhman Rəhmanov “Xəzər” TV-də yayımlanan “X maqazin” proqramında dilə gətirib.

Rəhman Rəhmanov Rəhman Rəhmanov

O, daha sonra həmkarı, Əməkdar artist Çingiz Əhmədovla aralarında yaşanan incikliyi belə şərh edib:

“60 illik yubileyimdə birlikdə fotomuzu ekrana verdim. Ancaq Çingiz barədə danışmadım. Ondan küsüb. Həmin an durub zalı tərk edib”.

R.Rəhmanovun söylədiyi fikirlərə qarşı tərəfdən cavab gəlib. Oxu.Az-ın əməkdaşı ilə söhbətində, “Papa” deyərək müraciət edən adam axırda mənə düşmən kəsilib” deyərək, ilginc açıqlamalar verib:

“60 illik yubileyində məni də qonaq çağırdı.Hamının adını çəkdi, bir məndən başqa. Halbuki mənə hər zaman “papa” deyib. Həmin o “papa” axırda buna guya düşmən kəsilib. Ona görə də arvadına da, baldızına da dedim ki, Rəhman, qurtardım. Konsertdən çıxan camaat da söylədi ki, “çörəyin gəlsin bunun gözündən”.

Ç.Əhmədov həmkarını “Kukla oynadan” adlandırıb:

“Bu iki il ərzində bir neçə dəfə üz-üzə gəlmişik. Bir müddət öncə Fəxri xiyabanda bir yerdə idik. Amma onu görüb, çıxıb getmişəm. Mənimlə barışmaq üçün çox addımlar atıb. İnsanlar bizi neçə dəfə barışdırmaq istəyib, amma mən yaxın durmaq istəmirəm, durmuram da.

Həftənin üçüncü günü məni canlı efirlərin birinə qonaq çağırıblar. Dedilər ki, bəs Rəhman efirə qatılıb, sizinlə barışmaq istəyir. Cavab olaraq söylədim ki, o gəlsə, mən çıxıb gedəcəyəm.

Xətrimə çox pis dəyib. Onu bataqlıqdan mən çıxarmışam. Dəfələrlə onu özümlə verilişlərə bir yerdə aparmışam. Rəhman “Kukla oynadan” olub da, kim olub ki?!”

Son xəbərlər
Bütün xəbərlər »