Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda içərisində Azərbaycan vətəndaşlarının da olduğu avtobus yandı
Sabuncu qəza Opellə Mercedes toqquşdu 22

Noyabrın 18-də səhər Batumi-Tbilisi istiqamətində hərəkət edən sərnişin avtobusu Kutaisi dairəvi yolunda yanıb.

Bu barədə Acariya Televiziyası xəbər yayıb.

Şahidlərin verdikləri məlumata görə, avtobusda 50-dək sərnişin olub. Onların arasında Azərbaycan vətəndaşları da var.

Sərnişinlər vaxtında təxliyə olunublar. Məlumata görə, avtobus Türkiyənin “Metro Georgia” şirkətinə məxsusdur. Hələlik yanğının hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.

Qəzada vətəndaşlarımızın və ya soydaşlarımızın xəsarət almaları barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə və Batumidəki baş konsulluğuna heç bir məlumat daxil olmayıb.

Səfirlikdən bildiriblər ki, Azərbaycan vətəndaşları ilə bağlı hər hansı xəbər olarsa konsulluq dərhal həmin şəxslərin vəziyyəti ilə maraqlanacaq və onlara lazımi yardımlar göstəriləcək. (Azertag.az)

Paylaş »
››› Xarici İşlər Nazirliyində həbs olunanların kimliyi bəlli olub
››› İqbal Ağazadə AzTV-nin koronavirusdan vəfat etmiş redaktoru barədə: "İcra başçısının qoçuları onu döymüşdülər"
››› Azərbaycanda koronavirusun aşkarlanmadığı rayon
››› TƏBİB sədri: "COVID-19-un yeni klinik əlamətləri üzə çıxır"
››› DTX Xarici İşlər Nazirliyinin vəzifəli şəxslərini həbs edib
Son xəbərlər
Bütün xəbərlər »