Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın yüksək rütbəli gömrük məmuru Ukraynaya qaçdı

Rusiyanın yüksək rütbəli gömrük məmuru Maksim Mamçur Ukraynaya qaçıb.

Bu barədə Rusiya xəbər agentlikləri məlumat yayıb.

Gələn informasiyalara əsasən, Şimal-Qərb gömrüyünün rəis müavini vəzifəsində çalışan Maksim Mamçur bu ilin noyabr ayının 14-dən işə çıxmayıb. Gömrük əməkdaşları onunla əlaqə yaratdığı zaman, o, xəstə atasına baş çəkmək üçün Kiyevə getdiyini deyib.

Lakin daha sonra Mamçurun ailəsini də götürərək Belarus vasitəsilə, Rusiyadan çıxdığı məlum olub. Hazırda onu səlahiyyətləri polkovnik Svetlana Andreyeva tərəfindən icra edilir.

Qeyd olunur ki, son dövrlərdə rus gömrükçülərin ölkəni özbaşına tərk etməsi, daha doğrusu qaçması halları artıb. Bir həftə bundan qabaq Sankt-Peterburq gömrüyündə malların buraxılması departamentinin rəisi Oleq Qusev də qəfildən “itib”. Yalnız bir müddət sonra O.Qusev Baltikyanı ölklərin birindən əlaqə saxlayaraq işdən çıxarılmasını xahiş edib.

Mətbuat gömrük işçilərinin həbs olunmaq qorxusu ilə belə addım atdıqlarını bildirir. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »