Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tbilisidə aksiyanın dağıdılması zamanı 3 nəfər xəsarət alıb, 18 nəfər saxlanılıb

Tbilisidə etirazçılar parlament binasını yenidən bloklamaq niyyətindədirlər.

Bu barədə qanunverici orqanın binası qarşısında keçirilən aksiyada bildirilib.

Gürcüstan parlamenti isə fəaliyyətini bərpa edib. Büro iclasında çıxış edən spiker Arçil Talakvadze bildirib ki, parlament bütün əsas funksiyalarını yerinə yetirməkdə davam edəcək.

Bu arada aksiyanın dağıdılması zamanı xəsarət alanların sayı da açıqlanıb. Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, üç nəfər xəsarət alıb ki, onlardan da biri polis əməkdaşıdır. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »