Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nadir Qafarzadə: "Cem Yılmazı tanımıram deyə məni vurub öldürməlisiniz?"

Doğrudan da, Cem Yılmazı tanımıram. Həmin insana heç vaxt baxmamışam. Bir sözdür, dedim. Ona görə məni vurub öldürməlisiniz?!

Bunu müğənni Nadir Qafarzadə “Hər şey daxil” verilişində Cem Yılmazı niyə “qıjı” adlandırmasına aydınlıq gətirərkən deyib.

Cem Yılmaz

“Bizim evdə türk kanalları izlənilmir. Heç bir türk serialına baxmırıq. Maraqlıdır ki, niyə ölkəmizə daha sanballı sənət insanlarını gətirmirlər? Gətirilənlər də artıq öz ölkələrində heç kəsə lazım olmayan sənətçilər olur. Belə ki, onları yaşlanmış, tükənmiş bir vaxtda gətirirlər”.

Proqramda qonaqlar Cem Yılmazın yetərincə tanınmış biri olduğunu söylədikdən sonra müğənni gülərək cavab verib:

“Bağışlayın. Keçin günahımdan. Yaxşı ki, Cem sizin qohumunuz deyil”.

Qeyd edək ki, Nadir Qafarzadə sosial şəbəkədə Cem Yılmazı tanımadığını bildirib və onu “qıjı” adlandırıb:

“Bunları hardan tutub gətirirlər? Vallah, tanımıram və heç maraqlı da deyil. Bizdə “qıjı”lar azdır, biri də gəldi”. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »