Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tbilisidə polis aksiyaçıları dağıtmağa başladı, deputatlar iclasa hazırlaşır - Video

Gürcüstanın xüsusi təyinatlıları Tbilisidə aksiya iştirakçılarını dağıtmağa başlayıb.

Polis su şırnaqlarından, dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edir. Nümayişçilərdən bir neçəsi xüsusi təyinatlılara mane olmaq üçün yerə uzanıb.

Hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyasının deputatları isə polisin köməyi ilə parlament binasına daxil olublar. Millət vəkilləri büro iclasına hazırlaşırlar.

Bununla belə, gənclər hərəkatı iştirakçılarının, müxalif partiya liderlərinin etirazları səngimək bilmir. Etirazçılar parlament binasını mühasirəyə almaq istəyirlər. Polislə vaxtaşırı toqquşmalar yaşanır. Onlar Rustaveli prospektini tərk etmək niyyətində olmadıqlarını bildiriblər.

Polis yüzlərlə etirazçının qurduğu çadırları yığışdırıb.

Qeyd edək ki, noyabrın 14-də parlament seçkilərində proporsional sistemə keçidlə bağlı düzəlişlər qəbul edilmədiyi üçün Tbilisidə aksiyalar keçirilir. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »