Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulacaq
Cəlil Məmmədquluza

Yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin Bakıda heykəli ucaldılacaq.

Bizimyo.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin müavini Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, heykəlin ucaldılması istiqamətində müvafiq işlər aparılır:

“Heykəlin ucaldılacağı yer hələlik müəyyən edilməyib. Ekspertlərin verəcəyi rəylə heykəlin ucaldılacağı yer müəyyənləşdiriləcək. Heykəlin ucaldılması üçün yazıçı Anarın təklif etdiyi yerlə bağlı məsələyə baxılacaq.

Buna zaman lazımdır. Heykəlin hazırlanması üçün müsabiqə elan olunacaq. Heykəlin kim tərəfindən hazırlanacağı məlum olduqdan sonra heykəlin hazırlanmasına və yerinin təyin olunmasına başlanacaq”.

V.Əliyev qeyd edib ki, hazırda Hacı Zeynalabdin Tağıyevin heykəli hazırlanır.

Qeyd edək ki, bu gün yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılış mərasimi keçirilib. Tədbirdə Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri də iştirak edib.(oxu.az)

Paylaş »
››› Azərbaycanda koronavirus həyacanı: “Səhiyyə bərbad gündədir, virus çox can ala bilər”
››› Azərbaycanlılar İrəvanda erməni kəşfiyyatını ələ saldılar: "Çox pis işləyirsiniz" - Video
››› Bloqçu Xocalı soyqırımı günündə gecə klubunda reyd keçirdi, qalmaqal yaşandı - Foto
››› Ruslar bombaladı, amma Türkiyə ordusu geri çəkilmədi
››› Bir ayda 23 nəfərin öldüyü deyilən xəstəxanada etiraz - Video
Son xəbərlər
Bütün xəbərlər »