Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran hökumətinin sözçüsü: “İğtişaşlar səngiyib”

“İranda benzinin bahalaşması ilə əlaqədar baş verən iğtişaşlar ötən günlə müqayisədə səngiyib”.

Bizimyol.info xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir sıra cüzi məsələlər qalıb ki, onlar da bir-iki günə tam həllini tapacaq:

“Benzinin qiymətinin bahalaşmasından sonra öz məişət durumundan nigaran olan İran vətəndaşları haqlı olaraq dinc etirazlar ediblər. Amma bəziləri bu vəziyyətdən sui-istifadə edərək bankları və yanacaq doldurma məntəqələrini yandırıb, qaz və digər infrastrukturlara ziyan vurublar”, - deyə Ə. Rəbii vurğulayıb.

O qeyd edib ki, hökumət İran xalqının etiraz haqqını tanıyır, lakin bununla belə xalqla iğtişaşçılar arasında fərq var.(apa)

Son xəbərlər
Bütün xəbərlər »