Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı Ali Neft Məktəbinə yeni təyinat olub

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.

Bizimyol.info xəbər verir ki, bununla bağlı ali məktəbin rektor Elmar Qasımov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova uzun müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ictimaiyyətlə əlaqələr işinin təşkilinə cavabdeh olub.

Yeni təyinatı şərh edən Z.Ədilova bildirib ki, 6 aydan sonra iş yerimi virtual olaraq yeniləyib: “İlk növbədə qeyd edim ki, işdən çıxan hər adam bütün real təkliflərə açıq olur. Mübaliğəli də olsa deməliyəm ki, gözləmədiyim halda mən də çoxlu təkliflər aldım. Nüfuzu, rəhbərliyi, kollektivi, əmək haqqı meyarı və ən əsası da yerin vakant olması mənim seçimimi bu istiqamətdə qətiləşdirdi”.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »