Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfəri gizli keçirilir

Erməni jurnalistlərin Bakıya noyabrın 17-də başlamış səfəri haqqında heç bir məlumat verilmir.

Eyni şey Azərbaycanlı jurnalistlərin Ermənistana səfərinə də aiddir. Ermənistan tərəfi də bu layihə haqqında məlumat vermir. Yalnız Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan yerli mətbuata bildirib ki, layihədə hər tərəfdən üç jurnalist iştirak edir. Amma səfər proqramı haqqında heç bir məlumat verilmir.

Turan agentliyinə məlumatlı diplomatik mənbələrdən verilən xəbərə görə, noyabrın 18-də erməni jurnalistlər Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə söhbət edəcəklər.

Bu arada, bu gün azərbaycanlı jurnalistlərdən Ermənistana kimin gedəcəyi hələ də məlum deyil. Vəziyyətlə tanış olan mənbə bildirib ki, qarşılıqlı səfər ideyası Rusiya XİN-ə aiddir.

Azərbaycan və Ermənistan XİN arasında mövcud razılaşmaya əsasən, tərəflərin qarşılıqlı tədbirləri haqqında razılaşdırılmış şəkildə məlumat verilir. Göründüyü qədər, rəsmi məlumat hər iki səfər başa çatdıqdan sonra açıqlanacaq.

Son xəbərlər
Bütün xəbərlər »