Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sənədsiz evlərlə bağlı xəbər var

"Sənədsiz evlər ilə bağlı yaradılmış komissiyalar öz işini davam etdirir" - Bakı Şəhər İcra Hakimiyyəti.

Bizimyol.info xəbər verir ki, İcra hakimiyyətindən "Turan" agentliyinə bildirilib ki, hər rayon üzrə komissiya üzvləri aidiyyəti ərazilər üzrə araşdırmalar aparırlar. Sonradan bütün məlumatlar Bakı şəhəri İcra Hakimiyyətinə təqdim edilməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti

Komissiyaların tərkibinə rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, Fövqəladə Hallar Nazirliyinin, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin (Komitə yaxınlarda İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilib-red.), SOCAR-ın, "Azərsu", "Azərişıq" açıq səhmdar cəmiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri daxildir.

Bakı şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov : "Hər rayon üzrə nə qədər evin sənədsiz olması, həmin evlərin sənədləşdirilə bilmə imkanları araşdırılır. Amma indidən nə qədər evin sənədləşdiriləcəyini demək hələ çox tezdir. Bircə bunu demək olar ki, sənədsiz evlər Bakının bütün rayonlarını əhatə edir və bütün rayonlar üzrə hər bir komissiya öz işini davam etdirir" - deyə bildirib.

İsrafil Kərimovun sözlərinə görə, yüksəkgərginlikli elektrik xətləri altında, kommunikasiya xətlərinin üstündə, neft kəmərləri zonasında, Neft Şirkətinə aid ərazilərdə tikilən evlər var: "Odur ki, suallar çoxdur. İşlər bitəndən sonra bu sualların cavabları tapılacaq".

İ.Kərimov əlavə edib ki, araşdırma müəyyən meyarlarla aparılır: "Nəticə ilə bağlı məlumatlar verildikdə bu məlumatlar ictimailəşdiriləcək".

Aləmdə Nəsib

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »