Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Büdcədən islahatlar üçün ayrılan 878 milyon - “Saqqaldan kəsilib bığa calanan” vəsait

“Ciblərə gedən pullar büdcyə gedəcək, bu da olacaq islahat?”

2020-ci il büdcsində sosial xərclərə ayırmalar müzakirə mövzusu olaraq qalır. Azərbaycan büdcəsində sosialyönümlü xərclər 30 faizin ətrafında idi. İndi artıq Azərbaycanın büdcəsinin sosial xarakterli xərcləri gəlib 40 faizin altındadır. Gələn ilin büdcəsində "islahat xərci" adı altında 878 milyon dollar ayrılıb. Bu nəyə xərclənəcək? Sualımıza iqtisadçı Natiq Cəfərli aydınlıq gətirir.

Natiq Cəfərli Natiq Cəfərli

“Büdcədə maraqlı məsələlər var ciddi müzakirələrə ehtiyac var, amma bizdə xaricdən fərqli olaraq büdcə müzakirələri cəmiyyətdə ajiotaja səbəb olmur. Azərbaycanda büdcə müzakirəsi mədəniyyəti formalaşmayıb. Büdcə ölkənin pasportudur və onun müzakirələrində siyasi və iqtisadi təşkilatlar maraqlı olmalıdır.

Maraqlı məsələ sosial xərclərin artırılmasıdır. Təbii ki, bu hal büdcə qarşısında öhdəliklər yaradır. Bu öhdəliklərin bir qismi təmir tikinti xərclərinin azaldılması hesablına ödəniləcək. Gələn ilin büdcəsində təmir tikinti xərcləri bu ilə nisbətən 23 faiz azaldılıb. Kifayət qədər böyük rəqəmdir. Amma burda bir qorxulu məqam var. Azərbayanın iqtisadi modeli primitiv iqtisadi model olduğuna görə büdcə xərcləmələri iqtisadiyyatın dinamikasının artırılmasında həmişə mühüm rol oynayıb. Yəni neft pulu büdcəyə köçürülürdü ordan da təmir tikintiyə ayrılırd. Təmir tikinti azaldırlırsa bunun əvəzində iqtisadiyyatda dinamika yaratamaq üçün nə təklif olunur? Bax buna aydınlıq gətirilmir. Hökumətin proqramında yalnız ümumi sözlər var -qeyri neft sektoru, aqrar sektor və s. Gördüyüm qədər hökumətin doğru düzgün yanaşması yoxdur. Vergidən büdcədaxilolmaları artırılacaq. Amma bu da qara mühasibatın ağardılması hesabına həyata keçiriləcək. Rəsmi olaraq heç nə dəyişmir. Yəni bu təşkillar daha şəffaf işləməyə başlayacaq.

Başqa sözlə, ciblərə gedən pulun bir qismi büdcəyə gedəcək. Amma bu da böyük bir rəqəm sayıla bilməz. Söhbət təxminən 800 milyon manatdan gedir.Amma təmir tikinti xərclərinin azaldılması dedikdə daha böyük vəsait nəzərdə tutulurdu . Bəs islahatlara 878 milyon ayrılması nə üçündür? Bu nə islahatdır? Söhbət strukturların dəyişdirilməsindən gedir. Son 2 ildə bəzi nazirliklərin funksiyalarını əvəz edə biləcək 11-dən çox publik hüquqi şəxs və agentliklər yaradıldı. Bunalr faktiki olaraq nazirliklərin funksiyalarını yerinə yetirəcəklər. Sadəcə bir məsələ var. Birdən-birə köklü islahat o demək olardı ki, nazirlik aparatları kiçildilir. Nazirliklərin büdcələrini azaldıb funksiyalarını əllərindən ala bilərdilər. Bu yola getmirlər. İş yerlərinin itirilməsi və sosial problemlərin artmaması naminə bu yola getmirlər, əvəzində agentliklər yaradırlar, yeni ştatlar açılır yeni maşınlar alınır. Yeni vəsaitlər tətləb olunur bu da islahat kimi təqdim olunur. Bu tipli xərclərə 887 milyon manat ayrılıb. Bu lazımdırmı? Ola bilər ki lazımdır.

Amma paralellik aradan qalxmadıqca , idarəetmənin effektivliyi düzəlmədikcə bu faydasız olacaq. Paralel strukturlar ləğv edilməlidir.Ona görə atılan addımların bir mərkəzdən idarə olunmamamsı kimi acı təəsürat yaranır. Başqa sözlə bığdan kəsib saqqala qoyurlar”,- deyə o bildirib.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »