Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşlənmiş akkumulyatorların təkrar emalı ilə bağlı bazar araşdırmaları aparılır

Azərbaycanda işlənmiş akkumulyatorlarının təkrar emalının təşkili ilə bağlı bazar araşdırmaları aparılır.

Bizimyol.info xəbər verir ki, bunu "APA-Economics"ə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib

Onun sözlərinə görə, bu araşdırmalara müvafiq şirkət cəlb olunub ki, onun tərəfindən həmçinin biznes plan hazırlanacaq.

"Bu istiqamətdə aparılan işlərin yaxın zamanda başa çatacağı gözlənilir. Layihə işlənildikdən sonra akkumulyatorların təkrar emalının təşkili ilə bağlı optimal yer seçiləcək. Layihə sənaye zonalarının birində icra olunacaq", - deyə N.Səfərov qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »