Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda şadlıq sarayında kütləvi zəhərlənmə ilə bağlı saytımızın sorğusunu cavablandırıb.

Bizimyol.info xəbər verir ki, Agentlikdən bildirilib ki, bununla bağlı olaraq quruma heç bir məlumat daxil olmayıb:

“Ancaq mediada yer almış məlumatın reallığa uyğun olub-olmamasını aydınlaşdırmaq üçün araşdırma aparılır”.

Qeyd edək ki, Bakıda “Şahənşah” şadlıq sarayında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Noyabrın 13-də baş tutan toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub. Zəhərlənənlər arasında uşaqlar da olub.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »