Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan klubu ilə bağlı beynəlxalq qalmaqal: Əcnəbi futbolçuların maaşlarını ödəməyib

Bir vaxtlar “Xəzər Lənkəran” ölkənin ən güclü futbol klublarından biri sayılırdı. Cənub təmsilçisi ölkə çempinu olmağı da bacarmışdı. Amma klubun sahibi Mübariz Mənsimov üç il əvvəl “Xəzər Lənkəran”ın fəaliyyətinə tamamilə son vermək qərarına gəldi.

Bizimyol.info xəbər verir ki, “Xəzər Lənkəran” rəhbərliyi bu illər ərzində klubun borclu qaldığı əcnəbi futbolçuların pullarını ödəməyib. Vəkil Aqil Layıcov "Bizimyol.info"ya bildirib ki, bununla əlaqədar əcnəbi futbolçuların şikayəti məsələ gedib Ali İdman Arbitraj Məhkəməsinə çıxıb.

Orada Azərbaycanla bağlı qərar çıxarılıb. Vəkilin sözlərinə görə, klubun sahibi - Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Ali İdman Arbitraj Məhkəməsinin qərarlarını icra etmir. Aqil Layıcov klub rəhbərliyinin təkcə bir əcnəbiyə futbolçuya 70 min dollar ödəməli olduğunu bildirir.

Aqil Layıcov Aqil Layıcov

“Mübariz Mənsimovun xeyirxah addımlarını çox təqdir eləmişəm. Çox vətənpərvər kimi Azərbaycan adını yüksək tutduğuna da əminəm. Çox gözəl, buna qəti şübhəm yoxdur və mövqeyini səmimi qəbul edirəm. O zaman Mübariz Məsumov “Xəzər Lənkəran” Futbol Klubunun rəhbəri kimi niyə Ali İdman Arbitraj Məhkəməsinin "Xəzər-Lənkəran"a dair çıxardığı qərarları icra etmir, bu sual doğurur.Azacıq olsa da, bu işin içində olan şəxs kimi, deyə bilərəm ki, burda “Xəzər-Lənkəran”dan daha çox ölkənin adı gündəmə gəlir və belə bir mötəbər təşkilatda və ya təşkilatlarda ölkəmizin adı müsbət hallanmır. Həmin qərarlara əsasən, "Xəzər-Lənkəran" əcnəbi oyuncuların haqlarını ödəməməsinə görə öz öhdəliklərini pozub".

Vəkil onu da əlavə edir ki, məhkəmə qərarlarının icra olunmaması üçün heç bir obyektiv səbəb yoxdu: "Xəzər-Lənkəran” futbol klubu fəaliyyətini dayandıra bilər və ya müflis ola bilər, amma onun arxasında duran əsas şəxs Mübariz bəy bunu ödəməlidir. Gördüyüm məhkəmə qərarında qeyd olunan məbləğlər Mübariz müəllim üçün heç nədir”.

Son xəbərlər
Bütün xəbərlər »