Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “İran gizli danışıqara gedəcək”

Noyabrın 16-da İranda benzinin qiyməti 50 faiz qaldırılıb, kvotadan artıq satılan benzinin qiyməti 3 dəfə bahalaşıb. Bu da əhalinin narazılığına səbəb olub. Əli Xamneyinin sözlərinə görə, ölkədə təhlükə yaradan bu cür tədbirləri "İranın düşmənləri və inqilab əleyhinə olan qüvvələr" dəstəkləyirlər.

İranın daxili işlər naziri Əbdulrza Rəhmani-Fəzli dövlət televiziyasına müsahibəsində etirazçılara xəbərdarlıq edib.

Maraqlıdır ki, ABŞ-ın Dövlət katibi Mayk Pompeo başlanan aksiyalarla bağlı sensasion çağırış edib.

"40 il davam edən tiranlıqdan sonra qürurlu İran xalqı hökumətlərinin sui-istifadəsinə səssiz qalmır. Biz də səssiz qalmayacağıq. İran xalqına bir mesajım var: ABŞ sizi eşidir, dəstəkləyir. ABŞ sizin yanınızdadır".

Politoloq Natiq Cəfərli Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, İranda bu aksiyaların başlanılması əslində gözlənilən idi.

Natiq Cəfərli Natiq Cəfərli

“Artıq 2 ildən çoxdur ki İranda sosial iqitsadi vəziyyət gərgindir . ABŞ-ın sanksiyaları ölkəyə çox pis təsir göstərdi , neft hasilatı və satışının azalması iqtisadiyyata zərbə vurdu, valyuta daxilolmaları artdı, İran realı dünyada ən çox devolvasiyaya uğrayan valyuta oldu. Bunlar benzinin qiymətinin qalxması ilə və eyni zamanda xalqın etirazlarının artması ilə müşayiət olundu. Müəyyən addımlar atılıb. Ruhani yeni fərman imzaladı ki, az təminatlı ailələrə kompensasiyalar verəcək. Bu bir balaca insanları sakitləşdirdi. Lakin problemin kökü yerində qalmaqdadır. Yeni siyasi iqtisadi idarəetmə tələb olunur. Çünki yeni nəsil yaranıb. 1 milyon iranlı xaricdə təhsil alıb. Burda politoloji sosialoji qitisadi amilllər bir araya gəlib. Zaman -zaman bu etirazların yatışıb, sonra yenidən alovanmaq ehtimalı çoxdur.Yaxın gələcəkdə iranda struktur və sistem dəyişiklikləri gözləmək olar. Ruhani islahatçı bir rəhbər kimi tanınıb. Amma rejimin mahyyəti kökündən və sərt şəkldə dəyişməyəcək. Məntiq onu deyir ki, çox ciddi sosial və iqtisadi problemlər varsa, ki hazırda var olduğu görünür- böyük tarixə malik İran diplomatiyası hətta gizli danışıqlar yolu ilə də olsa belə Qərblə danışıqlara gedəcək. 1 il içində ciddi güzəşt olacağını sanmıram. 1 il sonra ABŞ-da prezident seçkiləri olacaq. Respublikaçıların yerinə Demokratlar gəlsə İranla yeni danışıqlar və müqavilələr aparıla bilər. Obamanın dövründəki müqavilələr yenilənə bilər. Amma bu bir il ərzində İranla danışqılar sadəcə zamanı uzatmaq rolu oynayacaq”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »