Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ad günündə sevgilisini və dostunu güllələdi
Məhəmməd Gürsoyla -Mərvə Kotan - Adgünü və qətl

İstanbulun Aydın ərazisində oğlan parkda sevgilisini və dostunu güllələyib.

Bizimyol.info xəbər verir ki, “CNNTürk”ün verdiyi məlumata görə, 27 yaşlı Məhəmməd Gürsoyla sevgili olan 19 yaşlı Mərvə Kotan ayrılmaq istəsə də, Məhəmmədin təhdidlərindən çəkinərək ayrıla bilməyib.

Mərvənin əvvəl-axır ondan ayrılacağını bilən Məhəmməd ona “qara yaxmaq” üçün çirkin plan hazırlayıb.

O, dostu 22 yaşlı Ekim Türkməni və sevgilisini eyni vaxtda parka çağıraraq, ad gününü qeyd edəcəyini deyib.

Onlar parkda içki içib, söhbət ediblər.

Söhbət əsnasında yenidən Mərvə ayrılacağını söyləyəndə, Məhəmməd iki gün əvvəldən avtomobilində saxladığı silahı götürərək, onun başından silahla vurub.

İki gülləni də 22 yaşlı dostu Ekimə vuran qatil hadisə yerindən qaçıb.

Qısa vaxtda polis tərəfindən tutulan Məhəmməd məhkəmədə qətli namus üstündə törətdiyini, Mərvənin ona Ekimlə xəyanət etdiyini bildirib.

Mərvənin atası və qardaşı buna etiraz edəndə, Məhəmməd əli qandallı vəziyyətdə onlara hücum edib.

Polis müdaxilə edərək onları ayırıb.

Paylaş »
››› YAP-ın "ən məşhur" deputatı seçkiyə buraxılmadı
››› “Tarqovı”da vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları açıqlandı - Video
››› Polis Bakıda böyük faciənin qarşısını aldı - Video
››› UEFA Türkiyə ilə bağlı qərarını açıqladı
››› Əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılması görüntüləri ilə bağlı rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »