Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Heydər Əliyev adına Sarayda Şövkət xanım gecəsi – Böyük ürəyə kiçik sevgi
Şövkət Ələkbərova

İki gün öncə Heydər Əliyev Sarayında xalqımızın böyük sənətkarı Şövkət Ələkbərovanın xatirə gecəsi keçirildi. Böyük məmnuniyyətlə konsertə bilet alsam da, konserin təşkilatçılığından böyük məmnuniyyət duymadım. Mənim biletim 30 manata idi, arxa sıralara almışdım. Ön sırlarala 80-100 manatlıq biletlər də var idi. Azərbaycan reallığı və orta əməkhaqqını nəzərə alsaq 30 manat da ucuz sayılmaz. Və bu qiymətə bileti satılan tədbirə yetərli qədər əziyyət çəkiləcəyini düşünmüşdüm. Heyf ki, yanılmışdım.

İfalara sözüm yoxdur. Müğənnilər Şövkət xanımın xatirəsi hər birinin qəlbində əziz olduğu üçün hamısı böyük sayqı və sevgi ilə ifalarını təqdim etdilər. Amma konsert başlamazdan öncə ilk hiss etdiyim narahatlıq tamaşaçılar və oturacaqlarla bağlı idi. Sıraları bir -birinə o qədər yaxın yerləşdiriblər ki, orta sıralara kimsə keçmək istəyirsə ondan öncə əyləşmiş olan adamlar mütləq şəkildə ayağa qalxmalıydılar. Tamaşa başlayana qədər mən ən az 20 dəfə qalxmalı oldum və bu məni və ətrafımdakıları da məmnun etmirdi. Sanki sərnişin daşıyan kiçik avtobusdasan. Hansılarda kı, sıraları sıx yığırlar , dizin qarşı oturacağa sürtünə sürtünə gedirsən. Bir az ucaboylu olanın vay halına. Tamaşaçılarımızında vaxtında gəlmək mədəniyyəti formalaşsa bu çox şahanə olardı. Saat yeddidə başlamış tamaşanı 8-ə 15 dəqiqə işləmiş başlamaq zorunda qalmazdılar.

Konsertə gəlincə. Məlum məsələdir ki, arxa sırada oturanların ön sıranı görməsi əziyyətli olur. Və bu problemi indi dünyanın bütün möhtəşəm konsert salonlarında arxa fona böyük ekran yerləşdirməklə həll edirlər. Oxuyan müğənnni böyük ekranda görünür və hər kəs konsertdən eyni dərəcədə keyf ala bilir. Sarayın səhnəsində də bu ekrandan quraşdırılsa da konsert gecəsi bu ekrandan səmərəli istifadə edilmədi. Təşkilatçılar anım gecəsini “yola verdi” desək yeri var.

Konsert başlayarkən iki mərhum sənətkar Şövkət və Niyazinin ömrünün son illərində verdikləri konsertdən bir videogörüntü tqdim edildi. Hər kəs bu nostalji görüntüləri böyük alqışlarla qarşıladı və bitdi... Daha sonra bu ekrana Şövkət xanımın gənclik illərini əks etdirən görüntü bərkidildi və sona qədər davam etdi. Halbuki ara sıra videogörüntülər səssiz şəkildə də olsa təqdim edilə bilərdi. Müğənnilər oxuduqca da ana ekranda onları seyr etmək imkanımız yaranardı. Səhnədə Şövkən xanımı illərlə müşayiət etmiş iki ansambl yer almışdı. “Dan ulduzu” və Hacı Xanməmmədov adına Xalq Çalğı Alətləri Orkestri.Şövkət xanımın repertuarından mahnıları bu ansambllar müşayiət etdilər.İzləyicilərin böyük qismi orta və yaşlı nəslin nümayəndələri idi. Bu da anlaşılandır. Lakin bu konsertdə Şövkət xanımın mahnılarını br qədər fərqli imrovizə və nəfəslərlə təqdim etmək olardı. Bütün konserti sırf onun mahnıları üzərində qurmaqla illər uzunu təkrar -təkrar verilmiş mahnıları sadəcə yenidən təkrar etdilər. İlk yarım saat çox monoton keçdi. Bir -birinə bənzəyən eyni ladlar üzərində qurulmuş köhnə Sovet mahnıları. Bir zamanlar dövrün tələbi ilə yazılmış “Bakının işıqları” kimi mahnıların açığını desək indiki dövrdə yeri yoxdur. Hər dövrün öz qəhrəmanı, öz tələbləri var.Və Şövkət xanımın repertuarından daha gözəl əsərləri semək də təşkilatıların vəzifəsi idi. Üstəlik bu mahnıların ardıcıllığına, düzülüşünə diqqt etmək gərəkirdi. 30 dəqiqə ərzində eyni tonda yazılmış mahnıları dinləmək insanı təbii ki yorar.Açılışı adını unutduğum bir rejissorun dediyi kimi “izləyiciyə “şapalaq” vuraraq başlamaq lazım idi. Məsələn Şövkət xanımın adını əbədiyyətə yazmış “Fizuli” kantatası ilə ola bilərdi.Üstəlik Şövkət xanımın gözəl muğam ifaları, təsnifləri, filmlərə oxuduğu musiqiqlər var ki dinləməklə doymaq olmur. Bunları muncuq kimi ipə düzmək olardı. Səhnəyə çıxanların böyük əksəriyyəti bu gözəl xanımın, ananın, müəllimin tələbələri olublar. Hərə qısa şəkildə amma çox özəl iki üç cümləlik anısını paylaşa bilərdi . Bu şərəfə bir neçə nəfər layiq görülmüşdü. Bu məqbul sayıla bilərdi. Hər bir halda illər öncə mən Mirzə Babayevin nəvəsinin təşkil etdiyi konsrtdə də olmuşdum.Və o nəvənin təşkil etdiyi konsertdən mən böyük riqqət və göz yaşları içində ayrılmışdım. Şövkət xanımın konserti üçün daha böyük işlər görmək olardı.

Amma gözəlliklər də yox deyildi. İlk ifa Gülyaz Məmmədovadan gəldi. Səhnəyə böyük zərafətlə ayaq basan Gülyaz xanımın səhnə mədəniyyəti, tamaşaçıları salamlayarəkən etdiyi reverans, səhnəni tərk edişi ən az elə ifası qədər gözəl idi. Geydiyi işıltılı geyimdə bir mələyi xatırladırdı, görsəl gözəllik o qədər idi ki, nə oxuduuna, necə oxuduğuna diqqət edə bilmədim. Ondan sonra səhnəyə çıxan Almaz Orucovanın səhnə geyimi sadə və solğun olsa da möhtəşəm ifası ilə yatanları oyandırmağı, ürəklərdəki sarı telləri titrətməyi bacardı. Gənclər də yer aldılar, amma heyf ki, daha fərqli ifalarla yox.Mənə belə gəlir ki, gənc tamaşaçıların da ruhuna xitab etmək üçün bir qədər müasir yanaşma etmk , bu konserti daha rəngarəng, daha gözəl qurmaq olardı. Çünki yetərli qədər gözəl ifaçılar cəlb olunmuşdu, orkestrlər qüsursuz ifalar nümayiş etdiridilər. Hər şərait var idi, sadəcə bu işə ürək qoyulmuşmuydu? Məncə yox. Birdə ki, bu mənim subyektiv fikrim idi, o ifaları məhz xalq çalğı alətləri orkestri ifa edəcək deyə bir qanun varmı? Bu orkestrin artıq illərdir dəyişməyən ifası da məncə dövrlə uzlaşmpr. Bir balaca dəyişiklik yaxşı olardı. 50 il öncəki partituralarla çıxış istər- istəməz yorur.Hər dəfə u ansamblın iştirak etdiyi konsertlərə gedəndə bu qənaətə gəlirəm.

Mənim üçün Şövkət xanım ismətli Azərbaycan xanımı, mərhəmətli ana, əvəzolunmaz sənətkar, qızıl səs sahibi idi. Ola bilsin ki, onu gözümdə bu qədər uca gördüyüm üçündür ki, onun anım gecəsinin bu şəkildə təşkili məni məmnun etməmişdi. Amma o da var ki, bu gününü səhnə qanunları bir az başqa cür işləyir. Kassalardan pul toplamaq üçün çox deyil, bir balaca kreativ yanaşama da tələb olunur.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Azərbaycanlı həkim 6 milyon dollar mükafat aldı - Foto
››› Azərbaycanda xəstəxana yandı - Xəstələr təxliyə olundu
››› Azərbaycanda işdən çıxarılan məmur ölkədən qaçdı - Foto
››› Bakıda dəhşətli qəzada ölənlər tələbələr deyilmiş
››› Etiraz aksiyası: "EuroHome"da mağazaları yanan sahibkarlar yolu bağladılar - Video
Son xəbərlər
Bütün xəbərlər »