Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tbilisidə parlament binası ətrafında etirazlar davam edir

Tbilisidə parlament binasının ətrafında keçirilən etiraz aksiyası davam edir.

Bizimyol.info xəbər verir ki, ərazidə çadırlar və barrikadalar quran etirazçılar tələbləri qəbul edilmədikcə millət vəkillərini qanunverici orqana buraxmayacaqlarını bildiriblər. Etirazçılar parlament binası ətrafında gecə boyunca növbəli şəkildə keşik çəkiblər.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentinin proporsional qaydada parlament seçkilərinin keçirilməsini nəzərdə tutan konstitusiya düzəlişini qəbul etməməsi ölkə müxalifətinin geniş miqyaslı etirazına səbəb olub. 5 gündür davam edən etirazlarda 3 tələb irəli sürülüb. Bunlar müvəqqəti hökümətin qurulması, 2020-ci ildə proporsional qaydada parlament seçkilərinin keçirilməsi və Mərkəzi Seçki Komissiyasının hazırkı tərkibinin dəyişdirilməsidir.(apa)

Son xəbərlər
Bütün xəbərlər »