Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın Ali dini lideri etirazçılara müraciət edib

"Səlahiyyətli üç qurum rəhbərləri yanacaq istehlakını idarə etmək üçün planlı qərar verdilər, bu qərar yerinə yetirilməlidir".

Bizimyol.info xəbər verir ki, İRNA-nın verdiyi məlumata görə, bunu İranın Ali dini lideri Ayətullah Əli Xamneyi deyib.

Yanacağın qiymətinin artmasına görə keçirilən aksiyaları yada salan dini lider etirazçıları sakitliyə və ictimai asayişə çağırıb: "Vətənini sevən ağıllı insan heç vaxt ictimai əmlaka zərər vermir".

Əli Xamneyinin sözlərinə görə, ölkədə təhlükə yaradan bu cür tədbirləri "İranın düşmənləri və inqilab əleyhinə olan qüvvələr" dəstəkləyirlər.

BBC-nin məlumatına görə isə İranın daxili işlər naziri Əbdulrza Rəhmani-Fəzli dövlət televiziyasına müsahibəsində etirazçılara xəbərdarlıq edib.

O qeyd edib ki, "qanunsuz hərəkətlər davam edəcəyi təqdirdə hüquq-mühafizə orqanlarının asayişi qorumaq və sakitliyi bərpa etmək üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq".

Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiyməti 50 faiz artırılıb. Bu qərar İranda kütləvi aksiyalara səbəb olub. Bir sıra şəhərlərdə isə etirazçılarla polis arasında qarşıdurma yaranıb, xeyli sayda yaralı var.(apa)

Son xəbərlər
Bütün xəbərlər »