Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
27:0 hesablı qələbə qazanan baş məşqçi istefaya göndərildi

İtaliyanın yeniyetmə futbolçularının çempionatında maraqlı hadisə yaşanıb.

“İnviktasauro” komandası “Marina Kalço” ilə oyunda 27:0 hesablı qələbəyə sevinib. Oyundan sonra isə “İnviktasauro” komandasının baş məşqçisi Massimiliano Riççi istefaya göndərilib. Məsələylə bağlı açıqlama verən klub prezidenti Paolo Brogelli, bunun səbəbinin rəqib komandaya hörmətsizlik olduğunu bildirib:

“Gənclər komandamızın rəqib üzərində 27:0 hesabı ilə qalib gəldiyini eşidəndə, təəccübləndik. Bu hadisəyə görə dərin təəssüf hissi keçiririk. Bu, uşaq futbolunun dəyərlərinə ziddir. Rəqibə hər zaman hörmət etmək lazımdır, amma bu oyunda bu, baş vermədi. Rəqib komandadan üzr istəyirəm. Klub rəhbərliyi olaraq, yekdilliklə baş məşqçi Riççini istefaya göndərmək qərarına gəldik. Baş məşqçilərdən gəncləri təkcə məşq etdirmək deyil, həm də onları tərbiyə etmək tələb olunur. Bu tələbin qarşılığını bu oyunda görə bilmədik”. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »