Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan İran xaqına mesaj: "Sizin yanınızdayıq"

ABŞ-ın Dövlət katibi Mayk Pompeo İranda benzinin qiymətinin bahalaşmasına etiraz olaraq başlanan aksiyalarla bağlı sensasion çağırış edib.

Mayk Pompeo

Pompeo Birləşmiş Ştatların aksiya iştirakçılarının yanında olduğunu bəyan edib.

O, Tvitter səhifəsində yazıb: "40 il davam edən tiranlıqdan sonra qürurlu İran xalqı hökumətlərinin sui-istifadəsinə səssiz qalmır. Biz də səssiz qalmayacağıq. İran xalqına bir mesajım var: ABŞ sizi eşidir, dəstəkləyir. ABŞ sizin yanınızdadır".

Qeyd edək ki, İranda kvotadan artıq satılan benzinin qiyməti 3 dəfə bahalaşıb. Qərara etiraz olaraq insanlar küçələrə axışıb. (Teleqraf.com)

Son xəbərlər
Bütün xəbərlər »