Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xamneyidən benzinin bahalaşmasına reaksiya

İranın Ali dini lideri Əli Xamneyi ölkədə benzinin qiymətinin artmasını dəstəkləyib.

Xamneyi ölkədəki etirazların təşkilində ölkənin düşmənlərini ittiham edərək, baş verənləri sabotaj adlandırıb.

“Şübhəsiz, bəzi insanlar bu qərardan narahatdırlar. Sabotaj və yanğınları bizim insanlar yox, xuliqanlar həyata keçirirlər. Əks-inqilab və İranın düşmənləri həmişə sabotajları və təhlükəsizliyin pozulmasını dəstəkləyiblər və bundan sonra da dəstəkləməyə davam edəcəklər”, – o bildirib.

Xamneyi benzin qiymətlərinin artırılmasının ekspertlərin fikrinə əsaslandığını və onun dəstəklənməsi gərəkdiyini söyləyib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »