Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada "sarı jiletlilər"in aksiyasında 100-dən çox etirazçı saxlanılıb

Parisdə “sarı gödəkçələr”in etiraz aksiyaları zamanı saxlanılanların sayı 105-ə çatıb.

Bizimyol.info xəbər erir ki, “RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə paytaxt polisi məlumat yayıb. Bundan əvvəl 61 nəfərin saxlanıldığı deyilirdi.

Bu gün Fransa paytaxtında “sarı gödəkçələr” hərəkatının ilk ildönümünə təsadüf edən bir neçə aksiya keçirilib. Onların iştirakçıları ilə polis arasında toqquşma olub və gözyaşardıcı qazdan istifadə edilib.

“RİA Novosti”nin müxbirinin verdiyi məlumata görə, gün ərzində etirazçılar İtaliya meydanında inşaat hasarlarından, lövhələrdən və elektrik skuterlərindən barrikadalar qurublar və daha sonra onları yandırıblar.(apa)

Son xəbərlər
Bütün xəbərlər »