Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AVRO-2020: Azərbaycan yığması Uelsə məğlub olub - Yenilənib

Azərbaycan millisi növbəti oyununu keçirib.

Bizimyol.info xəbər verir ki, Nikola Yurçeviçin baş məşqçisi olduğu yığma Uelslə qarşılaşıb.

AVRO-2020-nin seçmə mərhələsinin IX turunun matçı Bakıdakı “Bakcell Arena”da baş tutub. E qrupunda sonuncu yeri tutduğu ötən ay rəsmiləşən Azərbaycan millisi AVRO-2020-yə vəsiqə üçün mübarizə aparan rəqib qarşısında aciz qalıb.

Tsikldə qələbəyə həsrət olan yığma 10-cu dəqiqədə erkən qola üzülüb. Elə ilk yarıda fərqi artıran böyük britaniyalılar Bakıdan üç xalla ayrılıblar.

Qeyd edək ki, seçmə mərhələdə son ev matçında uduzan milli son oyununu üç gündən sonra Slovakiyaya qarşı keçirəcək.

1Xorvatiya742114-614
2Macarıstan74038-912
3Uels73228-611
4Slovakiya631210-810
5Azərbaycan70165-161

Saat: 22:02

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Uels matçında ikinci hissə başlayıb.

Xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma 0:2 hesabı ilə məğlub durumdadır.

***

Saat. 21:47

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Uels matçında ilk hissə yekunlaşıb.

Xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma fasiləyə 0:2 hesabı ilə məğlub durumda yollanıb.

***

Saat. 21:36

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Uels ilə görüşdə qapısından daha bir qol buraxıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 34-cü dəqiqəsində Harri Uilsonun zərbəsi dəqiq alınıb - 0:2.

***

Saat. 21:11

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Uels ilə görüşdə hesabda geri düşüb.

Bakıda keçirilən matçın 10-cu dəqiqəsində qonaqların heyətində Kieffer Mur fərqlənib - 0:1.

***

Saat. 21:00

Bu gün Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində son ev matçını keçirəcək.

Bizimyol.info xəbər verir ki, Nikola Yurçeviçin yetirmələri Uelslə görüşəcək.

Bu, komandamız üçün formal xarakterli matç olacaq. Çünki yığmanın E qrupunda sonuncu yeri tutması rəsmiləşib.

Milli təsəlli xarakterli ilk qələbə üçün mübarizə aparacaq. Aktivində yalnız bir xal olan yığma “Bakcell Arena”da rəqibini büdrətmək əzmindədir.

Final mərhələsinə vəsiqəyə iddia edən böyük britaniyalılar bunun üçün mütləq qalib gəlməlidir. Çünki xal itkisi Rayan Giqqizin yetirmələrini kənarda qoya bilər.

Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.

AVRO-2020-nin seçmə mərhələsi

IX tur

16 noyabr

E qrupu

21:00. Azərbaycan – Uels

Hakimlər: Dəniz Aytekin, Eduard Beitinger, Rafael Foltin, Kristian Dingert (hamısı Almaniya)

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar  Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi Cənnətov, 8. Emin Mahmudov, 9. Vüsal İsgəndərli, 10. Ağabala Ramazanov, 14. Elvin Camalov, 15. Şəhriyar Əliyev, 16. Abbas Hüseynov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov

Baş məşqçi: Nikola Yurçeviç

Uels: 1. Ueyn Hennessi, 4. Ben Devis, 5. Kris Mepham, 7. Harri Uilson, 11. Qaret Beyl (k), 13. Kieffer Mur, 14. Konnor Roberts, 15. Ethan Ampadu, 16. Tom Lokyer, 18. Co Morrell, 20. Daniel Ceyms

Ehtiyat oyunçular: 12. Adam Devis, 21. Tom Kinq, 2. Kris Qunter, 3. Ceyms Laurens, 6. Eşli Uilyiams, 8. Metyu Smit, 9. Sem Vokes, 10. Aron Remsi, 17. Dilan Levitt, 19. Tayler Roberts. 22. Rabbi Marondo, 23. Uill Vaulks

Baş məşqçi: Rayan Giqqz

Bakı. “Bakcell Arena” stadionu(apa)

1Xorvatiya742114-614
2Macarıstan74038-912
3Slovakiya631210-810
4Uels62226-68
5Azərbaycan60155-141

Son xəbərlər
Bütün xəbərlər »