Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya keçirilir
2018-10-08_193918

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası önündə ikinci gündür etiraz aksiyası keçirilir.

Bizimyol.info xəbər verir ki, aksiyanın əsas tələbləri hökumətin istefası və proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Etirazçılar həmçinin müvəqqəti hökumətin yaradılması və Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsini də tələb edirlər.

Aksiya iştirakçıları tələbləri qəbul olunmayana qədər aksiyalara ara verməyəcəklərini bildiriblər.

Aksiyaya parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının üzvləri və tərəfdarları da qatılıb.

Parlamentin qarşısındakı Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Polis ərazidə ictimai asayişin qorunmasını təmin edir.(report)

Paylaş »
››› Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi
››› Vasif Talıbovdan absurd sərəncam: Özəl universitetə rektor təyin edib
››› Milli Məclisin deputatı vəfat edib
››› “Ermənilər Bakıda” videosunu çəkənlərin kimliyi bilindi
››› Kommunal xərclərin artırılması xalqa deyilsə, kimə təsir edir?
Son xəbərlər
Bütün xəbərlər »