Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər

Almaniya saxta sənədlə qaçqın statusu alan “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər.

Bizimyol.info xəbər verir ki, Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) əvvəllər də bununla bağlı qərarları olub.

Ötən günlərdə Almaniyanın 6 əyalətində “mühacir alveri” ilə məşğul olan cinayətkar dəstənin üzvlərinin saxlanılmasından sonra Almaniya mediası BAMF rəhbərliyini sərt şəkildə tənqid edib. Tele-verlişlərdə danışan miqrasiya mütəxəssisləri bildiriblər ki, BAMF-nin maddi texniki bazası gücləndirilsə də, federal idarə hələ də qaçqın və miqratlarla bağlı məlumatları dəqiqləşdirə bilmir. Onlar Almaniyadan sığınacaq istəyən şəxslərin kimlikləri ilə bağlı məlumat verməyib, sonradan ölkədə terror aktı törətməsini misal çəkiblər.

Mütəxəssislər bildiriblər ki, BAMF “Miqrant alveri” ilə bağlı saxlanılan cinayətkar qrupun üzvlərinin “xidmətindən” yararlanıb, yaşamaq icazəsi alanların işinə yenidən baxmalı və bunun nəticəsini ictimaiyyətə açıqlamalıdır.

Qeyd edək ki, keçən il Almaniya sığınacaq statusu verdiyi 100 mindən çox şəxsin işinə yenidən baxıb. 2017-ci ildə isə yenidən yoxlanılan işlərin 2527-si barədə yekun qərar verilib.

O vaxt Almaniya Daxili İşlər Nazirliyindən bildirilmişdi ki, işlərə yenidən baxılması normal prosesdir. Çünki BAMF-nin yerli şöbələrində nazirlik əməkdaşlarının yoxlamaları zamanı qaçqın statusunun verilməsi barədə bəzi qərarların tələsik, sənədlərin yoxlanılmadan verildiyi ortaya çıxıb.(report)

Son xəbərlər
Bütün xəbərlər »