Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qız anasının ölümündən 1 gün əvvəl çəkdirdiyi videonu paylaşıb

Moskva Mərkəzi Univermağının fəşn-direktoru, “Mercury” zərgərlik şirkətinin vitse-prezidenti Alla Verberin qızı anasının ölümündən bir gün əvvəl çəkilmiş videosunu yayımlayıb.

“Qafqazinfo”nun məlumatına görə, o, görüntülərə bu sözləri yazıb: “Sizə anamın İnstaqrama yerləşdirmək istədiyi son videosunu göstərmək istəyirəm. Forte-dey-Marmi. 5 avqust 2019-cu il”.

Sosial şəbəkə izləyiciləri qıza bir daha başsağlığı verib. Onlar onun anasının gözəl qadın və həmişə şən bir insan olduğunu qeyd ediblər.

Xatırladaq ki, Alla Verber 61 yaşında İtaliyada dünyasını dəyişib. Faciə bu ilin 6 avqust tarixində baş verib. Verber dəniz məhsullları yedikdən sonra özünü pis hiss edib. Həkimlər onun həyatını xilas edə bilməyib. Ekspertizanın nəticələrinə görə, Verberin meninqokok infeksiyasından dünyasını dəyişdiyi məlum olub.

Son xəbərlər
Bütün xəbərlər »