Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeyts yenidən önə keçməyi bacardı - “Ən zəngin insan”

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts özünə dünyanın “ən zəngin insanı” titulunu qaytara bilib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Qeyts ən böyük onlayn-reteyleri “Amazon”un rəhbəri Ceff Bezosu ötərək, iki il ərzində ilk dəfə olaraq birinci sıraya yüksəlib.

Agentliyin məlumatına əsasən, hazırda Bill Qeytsin sərvəti 110 milyard dollar qiymətləndirilir, Bezosun isə varidatı təxminən 109 milyard dollar təşkil edir.

Dünyanın ən zəngin insanları siyahısında üçüncü yeri 103 milyard dollarlıq sərvətlə Fransanın LVMH korporasiyasının rəhbəri Bernar Arno tutub.

Qeytsin “ən zəngin insan” titulunu ABŞ Müdafiə Nazirliyi ilə “Microsoft” arasında 10 il müddətinə 10 milyard dollarlıq müqavilə bağladıqdan sonra qaytara bildiyi ehtimal olunur.

Son xəbərlər
Bütün xəbərlər »