Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın keçmiş müşavirini 50 ilədək həbs gözləyir

ABŞ prezidenti Donald Trampın keçmiş siyasi müşaviri Rocer Stoun ona qarşı irəli sürülmüş 7 ittiham aktı üzrə günahkar bilinib.

Məhkəmə təhqiqatlarının gedişində Stounun Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi haqda istintaq gedişində Konqresə yalan ifadə verdiyi üzə çıxıb.

Bundan başqa, onun Hillari Klintonun nüfuzunu zədələməkdən ötrü Demokratlar partiyasının üzvlərinin məktublarını “WikiLeaks”ə ötürdüyü məlum olub.

Trampın keçmiş müşaviri şahidlərə təzyiq göstərməkdə də ititham edilir.

Bütün bunlardan sonra Stounun 50 ilədək azadlıqdan məhrum edilməsi gözlənilir. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »