Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan Gürcüstanla bağlı xəbərdarlıq

Rusiyanın İsveçrənin Gürcüstandakı səfirliyi nəzdində fəaliyyət göstərən bölməsi bu ölkədəki vətəndaşlarına xəbərdarlıq edib.

Bölmə Tiflisdə səfərdə olan Rusiya vətəndaşlarına müraciət edərək, onları Gürcüstan müxalifətinin noyabrın 17-nə planlaşdırdığı mitinq və nümayişlərlə əlaqədar ehtiyatlı olmağa çağırır.

Bölmənin bəyanatında bildirilir ki, Gürcüstan müxalifəti mitinq və nümayişlərin daimi olacağını bildirir. Bununla əlaqədar paytaxtın bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Bunları nəzərə alaraq bölmə Rusiya vətəndaşlarını insanların daha sıx toplaşdıqları, narazılıqlarını ifadə etdikləri yerlərdən uzaq dayanmağı, təhlükəsiz yerlərə üstünlük verməyi tövsiyə edir. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »