Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəli futbolçulara böyük klublar elçi düşüb

Futbol üzrə Türkiyə milli komandasına öz meydanında İslandiya heç-heçə kifayət etdi ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazansın. Türkiyəli futbolçular çoxdandır belə inamlı görünmürdülər.

Bizimyol.info xəbər verir ki, Şenol Günəşin komandasının bir çox üzvünə böyük klublar elçi düşüb. Qış transfer dövründə onları yeni komandalarda görə bilərik.

“Sassuolo”dan “Yuventus”a 18 milyon avroya transfer olunan Merih Demiralı “Milan” heyətində görmək istəyir. Türkiyə mətbuatının yazdığına görə, İtaliya klubu 40 milyon avrosundan keçməyə hazırdır.

“Milan” Zeki Çeliki də heyətə cəlb etməyi arzulayır. 22 yaşlı müdafiəçi indi “Lill” klubunda forma geyinir.

Cengiz Ünderə diqqət daha böyükdür. Böyük ehtimalla, onu gələn il ya “Bavariya”da, ya da “Mançester Siti”də görəcəyik.

Uğurcan Çakırı transfer atmaq haqda “Liverpul” daha çox düşünür. “Tranzonspor”un 23 yaşlı qapıçısı əvvəllər başqa klubda oynamayıb.

Çağlar Söyüncü “Arsenal”ın, Kaan Ayhan “Latsio”nun, Nazim Sanqare “Qalatasaray”la “Fənərbaxça”nın hədəfindədir.

Son xəbərlər
Bütün xəbərlər »