Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İslandiya Futbol Federasiyasının rəhbəri: “Ərdoğan mənə futbolu çox yaxşı bildiyini dedi”

İslandiya Futbol Federasiyasının rəhbəri Qudni Berqsson Türkiyə səfərindən sonra maraqlı açıqlamalar verib.

O, tribunanın xüsusi qonaqlar üçün ayrılan yerində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla tanış olduğunu söyləyib.

Bizimyol.info xəbər verir ki, İslandiya Futbol Federasiyasının rəhbəri Ərdoğanla söhbətdən çox xoş təəssüratla ayrılıb. Berqqson qarşılaşmadan sonra dövlət başçısını təbrik edib.

“Ərdoğan mənə keçmiş futbolçu olduğunu, futbolu çox yaxşı bildiyini dedi. Onunla danışmaq istəyən çox idi deyə, söhbətimiz uzun sürmədi”, - federasiya rəhbəri danışıb.

Berqqson açıqlamalarında Türkiyə milli komandasının çox güclü olduğunu deyib. O, islandların gələcəyə baxmalı olduğunu, uğursuzluğu unutmaq lazım gəldiyini söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »