Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində boşanan kişilər üçün sığınacaq açırlar: Onlara pul da veriləcək

İtaliyada boşanan kişilərin qayğısına qalmaq qərarına gəliblər. Onlar üçün xüsusi sığınacaqlar açılır.

Bizimyol.info xəbər verir ki, İtaliyada boşanan evsiz kişilər sığınacaqda qala biləcəklər. Həmin adamlar xüsusi kateqoriyaya aid edilir. İndiyə qədər belə kişilər yoxsullar təbəqəsindən sayılmırdı. İndi isə yaxşı təhsili olan, amma evsiz qalan kişilərə imtiyaz tətbiq ediləcək.

Statistikaya görə, Avropa ölkəsində boşanma hallarının 60 faizində mənzil qadında qalır. Üstəlik, kişilər aliment ödəməli olur. Buna görə də evsiz qalan güclü cinsin nümayəndələrinin sayı çox artıb.

Boşanaraq mənsilsiz qalan kişilər burada psixoloji kömək alacaq, övladları ilə görüşə biləcək. Amma müddət bir ili keçməməlidir. Bu zaman ərzində kişi özünə gəlməlidir.

Latsio bölgəsində bir az da irəli gedərək həmin kişilərə maddi kömək olacaq.

Son xəbərlər
Bütün xəbərlər »