Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Hava şəraiti ilə əlaqədar Bakının 2 avtomagistralında sürət həddi 20 km/saat endirilib
2018-09-23_112220

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışlı davranmalarını xahiş edirik", - Agentlikdən bildirilib.

Paylaş »
››› Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi
››› Milli Məclisin deputatı vəfat edib
››› Vasif Talıbovdan absurd sərəncam: Özəl universitetə rektor təyin edib
››› Məşhur narkobaronun adına telefon istehsal olundu: “iPhone”dan ucuzdur - Video
››› Kommunal xərclərin artırılması xalqa deyilsə, kimə təsir edir?
Son xəbərlər
Bütün xəbərlər »