Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə benzinin qiyməti qalxdı: Kvota tətbiq olunub
benzin--0-0

ABŞ sanksiyaları İran iqtisadiyyatına zərbə vurmaqda davam edir. Qonşu ölkədə benzinin qiymətini qaldırmaq məcburiyyətində qalıblar.

Bizimyol.info xəbər verir ki, İranda yanacaq satışına da kvota tətbiq olunub. Özəl avtomobil sahibləri ayda cəmi 60 litrə qədər benzin ala biləcəklər. Bir litr benzinin qiyməti 9 sentdən 12,7 sentə qaldırılıb.

Taksi və təcili tibbi yardım maşınları ilə bağlı qərar daha yumşaqdır. Bu avtomobillər üçün 500 litrə qədər benzinin litri 12,7 sentə satılacaq. Kvota keçiləndən sonra bir litr benzinin qiyməti 26 sent olacaq.

Yanacaq kvotası ilk dəfə 12 il əvvəl prezident Mahmud Əhməninejadın vaxtında tətbiq olunmuşdu. Onda xalq dəyişikliyi qəzəblə qarşılamışdı, bir neçə yanacaqdoldurma məntəqəsinə od vurulmuşdu.

ABŞ keçən ilin mayında İrana sanksiyaları bərpa edəndə hadisələrin belə axar alacağı təxmin olunurdu. Bu il qonşu ölkədə yanacaqdoldurma məntəqələrində uzun növbələr müşahidə edilməyə başladı. Kvotanın mayın 2-dən qüvvəyə minəcəyi barədə söz-söhbət çıxmışdı.

Paylaş »
››› Tofiq Qasımov İsveçrədə dəfn olunub: “Ailəsi bu barədə Azərbaycana gec məlumat verib”
››› Hələ belə biabırçı təşviqat kampaniyası görməmisiniz - Video
››› Gündə 10 min dollar qazanan məktəbli: təzə imarət alıb - Fotolar
››› Polisdən orijinal addım: Oğlunun kiçik toyuna kimsəsiz uşaqları dəvət etdi - Foto
››› Çin iqtisadiyyatına daha bir zərbə: məşhur şəbəkə geri çəkilir - Video

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »