Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropaya mühacirlərin daha çox gəldiyi ölkələr - Siyahı

İndi Avropanı düşündürən əsas məsələlərdən biri miqrant axınıdır. Bu problem qarşısıalınmaz həddə çatıb.

Bizimyol.info xəbər verir ki, son 10 ildə Avropaya üz tutan miqrantların sayı 6 milyon nəfərə yaxınlaşır. Bəs Avropaya qanunsuz mühacirlər daha çox hansı ölkələrdən gəlir?

Rəsmi məlumata görə, köhnə qitəyə Avropa Birliyinin üzvü olmayan Avropa ölkələrindən gələnlərin sayı ümumi payın 23 faizini təşkil edir. Bizdə Azərbaycandan gedənlərin çox olduğu təəssüratı yaransa da, xüsusilə Rusiya və Türkiyənin adı çəkilir.

Miqrantların hər 10 nəfərindən biri Asiya-Sakit Okean ölkələrindən gəlir. Əfqanıstan və Pakistan lider mövqelərini tutur.

Qanunsuz mühacirlərin 21 faizi İraq, Suriya kimi Yaxın Şərq ölkələrindən, 17 faizi Afrikadan, 8 faizi Amerikadan gəlir.

Dörd ölkəyə - İtaliyaya, Fransaya, Böyük Britaniyaya və Almaniyaya pənah gətirənlərin sayı daha çoxdur. Miqrantların təxminən yarısı gələcəyini bu ölkələrdə görür.

Son xəbərlər
Bütün xəbərlər »