Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəşər Əsəd kürdlərə çağırış edib: "Türklərlə mübarizə aparın"

Suriya prezidenti Bəşər Əsəd kürdlərə türk işğalçıları ilə mübarizə aparmağı tövsiyyə edib.

Bizimyol.info xəbər verir ki, bu təklif ilk dəfə oktyabrın 22-si, Türkiyə və Rusiya arasında memorandum imzalandıqdan sonra irəli sürülüb.

"Rəsmi cavab belə idi: Kürdlər hazırda Suriya qoşunlarına birləşməyə hazır deyillər". Bu sözləri dövlət başçısı səsləndirib. O bildirib ki, hazırda bu təşəbbüs Moskva ilə əməkdaşlıq çərçivəsində dəvam edir: "İndi biz kürd qoşunlarını Suriya ordusu ilə birləşərək türk işğalçıları ilə mübarizə aparmağa razı salmaq üçün çalışırıq. Vaşinqton isə buna maneə olmağa çalışır".

Adelya

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »