Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərindən boşanmasını qeyd etmək üçün musiqiçiləri çağırdı - Video

İzmirdə yaşayan və 3,5 ildir həyat yoldaşından boşanmağa çalışan İnci Akbay, boşanmasını ədliyyə binası qarşısında əvvəlcədən sifariş etdiyi musiqiçilərin ifasında səsləndirilən "Ərik budağı" rəqsinə oynayaraq qeyd edib.

Bizimyol.info xəbər verir ki, boşanma rəsmiləşdikdən sonra İnci üstündə “boşandım” yazısı olan köynək geyinərək, sevincini bildirmək rəmzi olaraq səmaya şar uçurub.

Ardından onunla gələn qrupun müşayiəti ilə “Ərik budağı” mahnısına oynayan İnciyə dostları da qoşulub. Qadın özəl gününün videosunu sosial şəbəkələrdə paylaşdıqdan sonra izləyicilər tərəfindən xeyi tərdar qazanıb.

Dəstək videolarından sonra açıqlama verən İnci Akbay, "3.5 il əvvəl Mavi (qızı) ilə ikimizin çamadanını qapı önünə qoydular. Həyatımın alt-üst olacağını düşündüm. Ənənəvi olaraq belə olur. Üç il yarımdır ki, ağrılarımı bölüçərək azaltdım, sevincimi paylaşaraq çoxaltdım. Buna görə mənimlə həmrəy olaraq, mənə dəstək verənlərə minnətdarlığımı bildirirəm. Eyni ağrılarla mənə baxanlar məni ən yaxşı başa düşürlər."

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »