Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluqdan Almaniyadan Azərbaycana deportasiya edilən şəxslərlə bağlı açıqlama

Xəbər verildiyi kimi Dövlət Miqrasiya Xidməti Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının geri qaytarılması həyata keçirilib.Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin katibi Eldar Sultanov  Bizimyol.info-ya bildirib ki, Almaniyadan Azərbaycana deportasiya edilən 61 nəfər vətəndaşla bağlı araşdırmanın aparıldığını nə təsdiq, nə də təkzib edib.

“Araşdırmanın aparılıb-aparılmaması ilə bağlı Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlayın”,-deyə E.Sultanov bildirib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli Bizimyol.info-ya bildirib ki, ölkəyə geri qayıdan 61 nəfərlə bağlı araşdırma aparılmır.

“Geri qayıdan ailə üzvləri tərəfindən müraciət olarsa, sosial reabiltasiya və digər məsələlərlə bağlı kömək edilə bilər”,-deyə E.Kələntərli bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »