Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tıxac olan prospektdə qaydanı pozan sürüclərin cəzalandırılması tələb olundu

İctimai fəal Kənan Məmmədov Ziya Bünyadov prospektindəki problemlərlə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərova şikayət məktubu ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, müraciətini sosial şəbəkə vasitəsilə ilə K.Məmmədov həmin məktubda qeyd olunan məsələlərinin araşdırılacağına ümid edir.

“Polisin əsas işi hərəkətin təhlükəsizliyi və intensivliyini təmin etməkdirsə, bunun da yollarından biri, bəlkə də birincisi qayda pozan sürücülərin qanunamüvafiq qaydada cəzalanmasından ibarətdir. Konkret desək mən gündəlik olaraq Ziya Bünyadov prospektindən istifadə edən sürücüyəm. Hərəkətin təşkilindən kifayət qədər anlayışı olan biri kimi deyirəm ki, o prospketdə yaranan sıxlığın, xaosun, kiçik qəzaların əsas səbəblərindən biri körpülərə, tunellərə daxil olan zaman kənarlardan gəlib düz təhlükəsizlik adasının, yaxud 1.1 xəttinin üzərindən keçərək özünü zorla araya soxub qayda pozan sürücülərdir. Bunlar haqqında isə heç bir tədbir görülmür.Halbuki İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən protokol tərtib oluna bilər”,-deyə K.Məmmədov bildirib.

İctimai fəal əminliklə qeyd edib ki, belə sürücülər cəzalanmağa başlayan kimi qaydanı pozan şəxslərin sayı minimuma enəcək: “Necə ki, əvvəllər Xırdalan şəhəri istiqamətindən 20 yanvara gəldikdə belə vəziyyətlə qarşılaşırdıq. Tunelin çıxışından sağa 20 yanvara doğru getməli olan sürücülər ən sol zolaqdan 1.1 xəttinin tələbini pozub sağa girirdi. Beləliklə həm 20 yanvara gedənlərə maneə olurdular, həm də Tbilisi prospektinə gedən zolağı bağlayırdılar. Daha sonra sizin əməkdaşlar həmin sürücülərə kamera görüntüləri əsasında elektron protokollar tərtib etməyə başladı. Çox qısa müddətdə həmin sürücülər onlara tərtib olunmuş haqlı protokolların şəklini sosial şəbəkələrdə paylaşdı və başqalarını belə səhvlər etməməyə çağırdı ki, əks halda cəzalanaqlarını bilsinlər. Bununla da oradakı problem həllini tapdı. Bəs sizin əməkdaşlar Ziya Bünyadov prospektində də eyni sürücülərin cəzalanması üçün nə gözləyir? Əgər buna xüsusi tapşırıq lazımdırsa xahiş edirəm həmin xüsusi tapşırığı verəsiniz”.

Bizimyol.info

Şikayət

Son xəbərlər
Bütün xəbərlər »