Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft kapitalının insan kapitalına çevrilməsinə istiqamətlənən sammit keçirilir

Hazırda Bakıda “HR Summit Baku 2019” beynəlxalq tədbiri işə başlayıb.

Bizimyol.info xəbər verir ki, "HR Baku" MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə keçirilən sammitdə dövlət və özəl müəssisələrdən nümayəndələr, o cümlədən 300-dən çox şirkətin 450-dən çox təmsilçisi iştirak edir.

Tədbirlə bağlı jurnalistlərə AİRA-nın İdarə Heyətinin sədri Tural Məmmədov bildirib ki, sammitin əsas məqsədi Azərbaycanda insan resurslarının idarə edilməsi sahəsində baş verən innovativ dəyişikliklərə töhfə verməkdir: “Burada 9 müxtəlif ölkədən 10 spiker iştirak edir. Onlar HR sahəsində beynəlxalq təcrübəni bizim üçün paylaşacaqlar".

Tədbir çərçivəsində HR sahəsinə əsaslanan çıxışlarla yanaşı komanda quruculuğu barədə, heyətin idarə edilməsini səlisləşdirən intellektual yarışların keçirilməsi nəzərdə tutulub. Spikerlər işçi sayının optimallaşdırılması, korporativ nüfuz, dəyişikliklərin idarə edilməsində və işçi məmnunluğunda HR-ın rolu, eləcə də digər aktual mövzular ətrafında geniş təqdimatlar edəcəklər.

Kanada, Böyük Britaniya, Pakistan, Portuqaliya, Macarıstan, Almaniya, Rusiya, Fransa və Türkiyədən olan spikerlər karyeralarının müxtəlif pillərlərindəki idarəetmə prosesləri və şərtlərdən bəhs edəcəklər. Sonda iştirakçıların sertifikatlarla təltif edilməsi gözlənilir.

Qeyd edək ki, “HR sammit” İnsan Resurslarının İdarəedilməsi sahəsi üzrə Azərbaycanda ən böyük beynəlxalq tədbirlərdəndir və hər il keçirilir.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »